Məşhur aktyor kinooperatoru öldürməkdə ittiham olunur

Məşhur aktyor kinooperatoru öldürməkdə ittiham olunur
calendar 1 fevral 2023
clock 13:20

Amerikalı aktyor Alek Bolduin film çəkilişi zamanı tapança ilə kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Nyu-Meksiko Ştat Prokurorluğu aktyor Alek Bolduini “Rust” filminin çəkiliş meydançasında kinooperator Qalina Hatçinsi qəsdən öldürülməsi haqqında ittiham irəli sürüb.

Həmçinin silahlara cavabdeh olan Hannı Quteres-Ridə qarşı da oxşar ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 2021-ci ilin 21 oktyabrında Bolduin Nyu-Meksikoda "Rust" filminin çəkilişləri zamanı atəş açaraq kinematoqraf Qalina Hatçinsi öldürüb.

Hadisəni törədən aktyor özü könüllü surətdə polisə təslim olub.

view 1047 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news