Məşhur aktyor premyeraya əsa ilə gəldi

Ceremi Renner

Ceremi Renner

calendar 13 aprel 2023
clock 12:20

Məşhur aktyor Ceremi Renner qartəmizləyənlə qəzasından 3 ay sonra ilk dəfə qırmızı xalıda çıxış edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, C.Renner 10 yaşlı qızı Ava ilə “Rennervations” serialının Los Anceles premyerasına qatılıb.

Ağır xəsarətlərinə baxmayaraq, aktyor qırmızı xalı üzərində kameralara gülümsəyib.

Qeyd edək ki, Renner yanvar ayında qardaşı oğlunun yük maşınını qarın altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə etdıkdən sonra, qəza əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın üzüaşağı hərəkət etməyə başlayıb. Renner saxlamağa çalışanda isə tırtıllar onu maşının altına çəkib və onun üstündən keçib.

Oxu.az - “Marvel”in superqəhrəmanı ağır xəsarət alıb

view 864 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news