Məşhur aktyor vəfat etdi

Duggie Broun, britaniyalı aktyor

Duggie Broun, britaniyalı aktyor

calendar 17 avqust 2022
clock 17:40

Avqustun 16-da, 82-ci ad günündən bir həftə sonra, məşhur britaniyalı aktyor və komediya aktyoru Duggie Broun vəfat etdi.

Kulis.az “myseldon.com”a istinadən xəbər verir ki, ölümün səbəbi göstərilməyib.

O, "Məzəli inək", "Otel Babylon", "Həkimlər", "Ürək döyüntüsü", "Mexanik", "Son oyun", "Sırf ingiliscə qətl" kimi filmlərdə rol alıb.

Braun Rotherhamda anadan olub. O, ekranlara ilk çıxışından sonra – 1969-cu ildə Ken Loaçın "Kes" filmində şöhrət qazanmışdı.

view 1452 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news