Məşhur film 36 il sonra yenidən çəkiləcək

Məşhur film 36 il sonra yenidən çəkiləcək
calendar 27 oktyabr 2023
clock 10:25

1987-ci ildə çəkilmiş "Qaçan adam" (Running Man) filmi 36 il sonra yenidən çəkiləcək.

Kulis.az xəbər verir ki, filmin aktyor heyəti hələ açıqlanmayıb.

Yeni filmin rejissoru Edqar Rayt, ssenari müəllifi Maykl Bakalldır.

Məşhur prodüser Simon Kinberq son müsahibəsində filmin çəkilişlərindən danışıb: “Biz çəkilişlərə sürətlə davam edirik. Edqar Rayt kimi peşəkarla işləmək çox həyəcanlıdır”.

Qeyd edək ki, 1987-ci ildə çəkilmiş filmin baş rollarında Arnold Şvartseneqqer, Maria Konçita Alonso, Riçard Dauson, Yaphet Kotto və Cessi Ventura oynamışdı.

view 996 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news