Məşhur fransız rejissor Jan-Lük Qodar vəfat etdi

Məşhur fransız rejissor Jan-Lük Qodar vəfat etdi
calendar 13 sentyabr 2022
clock 12:25

Məşhur fransız rejissoru Jan-Lük Qodar vəfat edib.

APA xəbər verir ki, bu barədə Liberation qəzeti yazıb.

Rejissorun 91 yaşı var idi.

Jan-Lük Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub.

Qodar kinoda “Yeni dalğa” cərəyanının əsasını qoyan rejissorlardan hesab olunur.

Onun “Son nəfəsdə” “Kiçik əsgər” ,“Öz həyatını yaşamaq” kimi ekran işləri fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilib.

view 1305 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news