Məşhur jurnalın yeni buraxılışı Fələstin-İsrail münaqişəsinə həsr olundu

Məşhur jurnalın yeni buraxılışı Fələstin-İsrail münaqişəsinə həsr olundu
calendar 26 oktyabr 2023
clock 13:35

"Vogue Arabia" jurnalının noyabr sayının üz qabığında Fələstinə dəstək şüarı yazılıb.

Kulis.az xəbər verir ki, jurnalın rəsmi feysbuk səhifəsində buraxılışın Qəzza zolağında çalışan həkimlərə, tibb bacılarına və müxbirlərə həsr olunduğu qeyd olunub.

Nəşr yazıb:

“Hazırda bütün dünyanın gözü qarşısında Qəzzada baş verənlər tarixin ən böyük fəlakətlərindən biridir və hamımız üçün bədbəxtlikdir. Biz qurbanların sayını azalda bilmərik, lakin zorakılığı dayandırmaq üçün hökumətlərə və beynəlxalq təşkilatlara səslənə bilərik”.

Qeyd edək ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.

view 839 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news