Məşhur kaskadyor vəfat etdi

Məşhur kaskadyor vəfat etdi
calendar 22 may 2023
clock 10:20

Sovet və Rusiya kinosunun görkəmli kaskadyoru və rejissoru Oleq Vasilyuk 78 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sınıq işıqlı küçələr” və “Milli təhlükəsizlik agenti” serialları ilə tanınan aktyorun ölüm səbəbi məlum deyil.

Oleq Vasilyuk 30 dekabr 1944-cü ildə anadan olub. O, "Çörək, qızıl, revolver" filmində Kolya, "Xəzinə adası" (1982) filmində Ovçu rolu ilə də tamaşaçıların sevgisini qazanıb.

view 1028 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news