Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.
Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.
- “Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı
- Azərbaycanlı şair vəfat edib
- “Balet, ömrüm mənim” filmi bu gün təqdim olunacaq
Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından fortepianoda ifa etməyə başlayıb. Orkestr ilə ilk konsertini isə 7 yaşında olarkən verib.