Məşhur reperə 16 il həbs cəzası verildi

Reper Kidd Creole

Reper Kidd Creole

calendar 5 may 2022
clock 10:43

Reper Kidd Creole, evsiz, yolunu azmış bir kişini bıçaqlayaraq öldürdüyünə görə 16 il həbs cəzasına məhkum edilib.

Kulis.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, məhkəmədə hakim şahidlərin ifadələrinə və aşkar edilmiş sübutlara əsasən belə bir hökm çıxarıb.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, Kidd Creole (əsl adı Augustus Darnell) bıçaqlamanı özünümüdafiə üçün etməyib.

Bundan əvvəl musiqiçinin evsiz adamı bıçaqlayaraq öldürdüyünə görə birinci dərəcəli adam öldürmədə təqsirli bilindiyi bildirilmişdi. Reper 2017-ci ildə qətldə ittiham olunub. İstintaq bir neçə il davam edib, bundan sonra məhkəmə hadisənin bütün təfərrüatlarını müəyyən etməyə nail olub.

Ölən kişinin 55 yaşı olub. Kidd Creole, ifadəsi zamanı, özünümüdafiə üçün hərəkət etdiyini, çünki evsiz, yolunu azmış insanı təhlükəli hesab etdiyini izah edib.

view 1494 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news