Vyanadakı Leopold Muzeyi Klimt, Schiele və digər rəssamların seçilmiş əsərlərini diaqonal şəkilində asıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, muzey iqlim dəyişikliyinə diqqət çəkmək üçün dünyaca məşhur mənzərə rəsmlərini qəsdən əyri asıb.
“Bir neçə dərəcə daha çox olsa, dünyanı narahat edən yerə çevirəcək” adlı kampaniya muzey tərəfindən CCCA (Climate Change Center Austria) İqlim Araşdırmalar Şəbəkəsi ilə birgə həyata keçirilir.
- Gəncə Filarmoniyasında Təyyar Bayramovun solo konserti olacaq
- Əməkdar artistlər Özbəkistanda konsert verdi
- Azyaşlı yazarlarımız mükafatlandırıldı
Ən son elmi araşdırmalar göstərir ki, Klimt, Courbet, Moser və Schiele kimi rəssamların əsərlərində yüz ildən çox əvvəl əbədiləşdirilən mənzərələr indiki halda yoxa çıxa bilər.
Şəkillər lazımi tədbirlər görülməsə, həmin ərazilərdə temperaturun yüksələ biləcəyi qədər əyilib.