Məşhur serialın premyera tarixi açıqlandı

Məşhur serialın premyera tarixi açıqlandı
calendar 26 sentyabr 2022
clock 15:40

“Netflix” şirkətinin əməkdaşları “Tac” (“The crown”) adlı serialın beşinci mövsümünün premyera tarixini açıqlayıb.

Kulis.az xəbər verir ki, Britaniya kral ailəsi haqqında çəkilən ekran əsərinin noyabrın 9-da yeni aktyor heyəti ilə növbəti mövsümünün təqdim olunması planlaşdırılır.

Bu dəfə İmelda Stonton Kraliça II Elizabeta rolunda Oliviya Kolmanı əvəz edəcək, Conatan Prays isə kraliçanın həyat yoldaşı şahzadə Filip rolunu oynayacaq. Dominik Uest şahzadə Çarlz, Elizabet Debiki şahzadə Diana, Lesli Menvil isə onun bacısı şahzadə Marqaret obrazını canlandıracaq.

Qeyd edək ki, beşinci mövsümdəki süjet xətti 1990-cı illərdən bəhs edəcək.

view 1232 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news