Məşhur tabloya hücum olundu

Məşhur tabloya hücum olundu
calendar 28 oktyabr 2022
clock 11:20

İqlim fəallarının yeni hədəfi “Mirvari sırğalı qız” olub.

Kulis.az xəbər verir ki, Hollandiyadakı “Just Stop Oil” ətraf mühit qrupunun üç fəalı iqlim dəyişikliyinə diqqət çəkmək üçün hollandiyalı rəssam Yohannes Vermeerin “Mirvari sırğalı qız” əsərini hədəf alıb.

Tvitterdə yayılan görüntülərdə paltarında “Just Stop Oil” yazısı olan iki nəfərdən birinin əllərini tablonun yanındakı divara, digərinin isə başını önündəki qoruyucu şüşəyə yapışdırdığı görünür.

Aktivistlər üzərlərinə pomidor sousu tökürlər.

view 1502 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news