Məşhur türk yazıçı Ahmet Ümit Bakıya gələcək.
Kulis.az xəbər verir ki, yazıçı 27 may – 4 iyun tarixlərində İçərişəhərdə keçiriləcək V Milli Kitab Sərgisinin qonağı olacaq.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi və müstəqil nəşriyyatların iştirakı ilə keçirilən sərgi Qoşa Qala qapısından Həsən bəy Zərdabi heykəlinə qədər olan geniş meydanı əhatə edəcək.
- Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
- "Samir" kitabının müəllifi məhkəməyə verilir QALMAQAL
- İnsanlardan daha doğma...
Giriş sərbəstdir.
Xatırladaq ki, yazıçı "Bir Ses Böler Geceyi", "Sis ve Gece", "Şeytan Ayrıntıda Gizlidir", "İstanbul Hatırası", "Elveda, Güzel Vatanım" kimi məşhur romanların müəllifidir.