Məşhur türkiyəli aktyor ölkəsini tərk etdi

Halit Ergenç, türkiyəli aktyor

Halit Ergenç, türkiyəli aktyor

calendar 28 yanvar 2022
clock 10:20

Türkiyəli aktyor Halit Ergenç həyat yoldaşı Bergüzar Korellə Türkiyəni tərk ediblər.

Kulis.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, H.Ergenç “Babil” serialına çəkildikdən sonra ona təklif olunan bütün layihələrdən imtina edərək bütün boş vaxtını ailəsinə həsr edib.

Cütlük Türkiyəyə qayıtmağı planlaşdırmır.

Ergenç bu addımın səbəbləri ilə bağlı rəsmi açıqlama verməsə də, Böyük Britaniyaya köçmə faktını təsdiqləyib.

view 4252 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news