Məşhur türkiyəli professor Bakıda konfransda çıxış edəcək

Məşhur türkiyəli professor Bakıda konfransda çıxış edəcək
calendar 25 aprel 2023
clock 18:20

“Açık Beyin” platformasının rəhbəri, araşdırmaçı-yazar, professor Sinan Canan Bakıda konfransda çıxış edəcək.

Kulis.az xəbər verir ki, “Kitabıstan”ın dəvəti ilə Bakıya gələn professor Sinan Canan iyun ayının 10-da Nizami Kino Mərkəzində uğurun düsturu haqqında danışacaq, öz araşdırmalarını, təcrübələrini izləyicilərlə bölüşəcək.

Konfransdan sonra isə S.Cananın imza günü keçiriləcək.

Qeyd edək ki, konfransa biletləri onlayn şəkildə əldə edə bilərsiniz.

view 955 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news