Məşhur feminist yazıçı, akademik 69 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, xəbəri ictimaiyyətə yazıçının ailəsi verib.
Qeyd edək ki, yazıçı bir müddətdir xəstə idi.
- Dövlət sifarişi ilə daha bir film çəkildi
- Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - Video
- İlk Amerika gözəli vəfat etdi
Onun ədəbi təxəllüsü "bell hooks"dur. 1952-ci ildə Kentukkidə anadan olub. Əsl adı Gloria Jean Watkins olan yazıçı, sonralar nənəsinin şərəfinə “bell hooks” təxəllüsünü götürür. Diqqətləri imzasına deyil, işlərinə çəkmək məqsədilə “bell hooks” adını kiçik hərflərlə işlədir.
Yazıçının “Feminizm hər kəs üçündür”, “Daim sevgiylə”, “Sərhədləri aşmağı öyrənmək” və s. kimi məşhur kitabları var.