Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
calendar 12 aprel 2023
clock 10:02

İsrailli yazıçı və publisit Meir Şalev 74 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Təəssüf ki, Meir Şalev artıq həyatımızı dəyişdirəcək yeni kitablar yaza bilməyəcək. Onunla qarşıdan gələn Müstəqillik Gününü qeyd edə bilməyəcəyimiz nə qədər kədərlidir”, - deyərək İsrail prezidenti İshak Hersoq yazıçının ölümü ilə bağlı başsağlığı verib.

Meir Şalev 29 iyul 1948-ci ildə Nahalal Moşavda anadan olub. 1966-cı ildə İsrail Müdafiə Qüvvələrinə çağırılıb. Şalev altı günlük müharibədə iştirak edib və orada yaralanıb. 1988-ci ildə ilk kitabı "Rus romanı"nı nəşr etdirən yazıçının əsərləri dünyanın onlarla dilinə tərcümə olunub.

view 1048 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news