Məşhurların “Oskar” mərasimində niyə mavi lent taxdıqları bəlli oldu

Məşhurların “Oskar” mərasimində niyə mavi lent taxdıqları bəlli oldu
calendar 14 mart 2023
clock 12:40

Bu il 95-ci dəfə təşkil edilən Oskar Mükafatları Los-Ancelesdə keçirilən mərasimdə sahiblərini tapıb.

Kulis.az xəbər verir ki, mərasimdəki məşhurlar təkcə zərifliyi ilə deyil, vermək istədikləri mesajlarla da diqqət çəkiblər.

Təqdimat mərasiminə qatılan məşhurlardan bəziləri yaxalarına mavi lent taxaraq xalçanın üstündə gəziblər.

Məşhur isimlər bununla qaçqınlarla həmrəylik mesajı veriblər.

“Tar” filmindəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülən avstraliyalı ulduz Blanşett lenti firuzəyi və qara rəngli xüsusi tikilmiş Louis Vuitton paltarına taxaraq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) dəstək verib.

Məşhur rejissor Guillermo del Toro, 2022-ci il istehsalı olan “Üçbucaq Kədər” filmində rol alan filippinli aktrisa Dolli De Leon Living, filmindəki performansına görə ilk Oskar nominasiyasını alan Bill Nighy da mavi lent taxanlar arasında olub.

view 1107 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news