Milli Dram Teatrında Mirzağa Əliyevin 140 illiyinə həsr olunan tamaşa nümayiş olundu

Milli Dram Teatrında Mirzağa Əliyevin 140 illiyinə həsr olunan tamaşa nümayiş olundu
calendar 11 dekabr 2023
clock 15:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa növbəti dəfə nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa SSRİ Xalq artisti Mirzağa Əliyevin 140 illiyinə həsr olunub.

Nümayişdən əvvəl Mirzağa Əliyevin yaradıcılıq yolundan bəhs edən film göstərilib.

Qeyd edək ki, Xalq artisti Mirzağa Əliyev "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" filmlərində rol alıb. Sənətkarın 1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər" komediyasında canlandırdığı İsgəndər obrazı yaddaşlarda silinməz iz buraxıb.

view 729 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news