Milli rəqslərlə bağlı bədii şuranın yaradılması təklif olundu

Milli rəqslərlə bağlı bədii şuranın  yaradılması təklif olundu
calendar 31 oktyabr 2023
clock 15:53

Milli rəqslərimizi dərindən bilən görkəmli nümayəndələrdən ibarət bədii şura yaradılmalıdır.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə təklif edib.

O çıxışı zamanı bildirib ki, səhnədə yenilik adı altında təhriflərlə üzləşirik:

"Yenilik gözəl bir şeydir. Biz də yenilik tərəfdarıyıq. Lakin bu gün, təəssüf ki, səhnəmizdə bizim milli geyimlərimizdə ciddi dəyişikliklər görürük, milli musiqimizə yad ritmlər eşidirik. Düşünürəm ki, buna nəzarət etmənin həll yolu bədii şuranın yaradılmasıdır. Bizim əsas qayəmiz milliyimizi qorumaqdır. Lakin aşıqların, muğam ustalarının, rəqs ansambllarının geyimlərində təhriflər olduğunu görürük".

view 811 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news