Milli Xalça Muzeyində “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq

Milli Xalça Muzeyində “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq
calendar 28 oktyabr 2024
clock 13:39

Noyabrın 1-i və 2-də Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

Kulis.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama, həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

view 250 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news