"Miss Bolqarıstan 2007"nin qalibi və əri güllələndi

"Miss Bolqarıstan 2007"nin qalibi və əri güllələndi
calendar 26 may 2023
clock 17:10

Bolqarıstanlı top-model Qerqana Koçanova əri ilə birlikdə qətlə yetirilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, Cənubi Afrikada başından güllələnib. Onunla birlikdə əri Krasimir Kamenov-Kuro, qulluqçusu və cangüdəni də öldürülüb.

Hadisə mayın 25-də Keyptaunda baş verib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Koçanova, "Miss Bolqarıstan 2007" müsabiqəsində birinci yeri qazanmış bolqar model olub. Bolqarıstanı Mexiko şəhərində (Meksika) keçirilən “Miss Universe 2007” müsabiqəsində təmsil edib. Koçanova eyni zamnada Visage agentliyinin əməkdaşı olub.

model Gergana Kochanova

Gerqana Koçanova

view 2281 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news