Əməkdar artist Türkiyədə onlayn konsert verdi

Əməkdar artist Türkiyədə onlayn konsert verdi
calendar 19 may 2020
clock 17:23

Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyədə qeyd edilən 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə İstanbulda onlayn konsert verib.

Kulis.az xəbər verir ki, konsert proqramı 19 May Gənclik Orkestrləri Festivalı çərçivəsində baş tutub. Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi

“YouTube” kanalı vasitəsilə yayımlanıb.

Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

view 1319 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news