Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.
Kulis.az xəbər verir ki, bu barədə aktyor Müşfiq Şahverdiyev instaqramda məlumat verib.
- "Viktoriya"- amma Bekham deyil, Hamsun
- “AYB-dən üzr istəyə bilərəm, amma...” – Gənc şair danışdı
- Məşhur qəzetin baş redaktoru istefa edəcək
“Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək”, - o yazıb.
Bir müddət əvvəl Əməkdar artist ürəyinə stent qoyulduğunu açıqlamışdı.
Qeyd edək ki, 62 yaşlı N. Əsgərov Lənkəran Dövlət Dram Teatrının aktyorudur. O, “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə, həmçinin “Xalxın evi” serialında rol alıb./qafqazinfo.az