Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək

Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək
calendar 1 avqust 2024
clock 13:14

Sentyabrın 10-u, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində ecazkar, məlahətli səsi, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.

view 471 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news