“Mona Liza” üçün istintaq başladı

Mono Liza

Mono Liza

calendar 1 iyun 2022
clock 11:20

Paris prokurorluğu Luvr muzeyində Leonardo da Vinçinin "Mona Liza" əsərinə bir nəfərin tort atması ilə bağlı istintaqa başlayıb.

Kulis.az “Lenta.ru”ya istinadən xəbər verir ki, prokurorluğun apardığı istintaq işi “mədəni sərvətlərə zərər vurmağa cəhd” faktı ilə açılıb. Qeyd olunub ki, hadisəni törədən 36 yaşlı şəxs Paris polisinin psixiatriya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, parik və papaqlı bir şəxs əlil arabasında muzeyə daxil olaraq Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosuna tort parçası atmışdı. O, saxlanılan zaman planeti xilas etmək üçün çağırışlar etmişdi.

view 2246 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news