Morqan Frimen “afroamerikalı” ifadəsinə etiraz etdi

Morqan Frimen “afroamerikalı” ifadəsinə etiraz etdi
calendar 17 aprel 2023
clock 10:40

“Qara Tarix Ayı təhqirdir. Mənim xalqımın tarixini bir ayla məhdudlaşdırırsınız? Bu “Afroamerikalı” ifadəsi də eyni dərəcədə təhqirdir”.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Hollivud ulduzu Morqan Frimen "Deadline"a açıqlamasında bildirib. O, həm “qara tarix Ayı” anlayışını, həm də “afroamerikalı” ifadəsini eyni dərəcədə bəyənmədiyini söyləyib.

Onun sözlərinə görə, qaradərililərin müxtəlif dövrlərdə müxtəlif titulları olub.

“İndi bu, “afroamerikalı” həqiqətən nə anlama gəlir? Bu o deməkdir ki, dünyanın bu hissəsindəki qaradərili insanların əksəriyyəti milli soykökü olmayan səfillərdir. Axı siz “Afrika” deyirsiniz. Halbuki bu, ölkə deyil, Avropa kimi bir qitədir”, - deyə Frimen etiraz edib.

view 1178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news