Musa Yaqubun şeirləri Rusiya mediasında

Musa Yaqub, xalq şairi

Musa Yaqub, xalq şairi

calendar 12 noyabr 2021
clock 16:25

Rusiyanın populyar “Ollam.ru” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Musa Yaqubun rus dilinə tərcümə olunmuş “Həsrət adası” və “Sənin ürəyində” şeirlərinin yayınına başlayıb.

Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Rusiya şairi və tərcüməçisi Ravil Buxarayevdir.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən portal, mütəmadi olaraq səhifələrində A.Puşkin, N.Nekrasov, M.Lermontov, A.Blok, S.Yesenin, A.Axmatova kimi dünya şöhrətli şairlərin yaradıcılığını işıqlandırır.

view 1424 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news