Musiqili Teatrın əməkdaşları beynəlxalq tədbirdə

Musiqili Teatrın əməkdaşları beynəlxalq tədbirdə
calendar 18 avqust 2023
clock 10:14

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları avqustun 20-dən 25-dək Sankt-Peterburqda “Akademik İncəsənət Birliyi” festival-simpoziumunda iştirak edəcəklər.

Kulis.az xəbər verir ki, Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçiriləcək yekun qala-konsertində Musiqili Teatrın gənc solisti Emin Zeynallı iştirak edəcək.

Qeyd edək ki, tədbirin əsas məqsədi MDB ölkələrinin mədəniyyət xadimləri arasında uzunmüddətli yaradıcılıq əlaqələrinin və əməkdaşlığın qurulmasına şərait yaratmaqdır.

AZƏRTAC

view 861 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news