Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edildi

Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edildi
calendar 27 may 2024
clock 10:22

ADA Universitetində Azərbaycanın qeyri-maddi irsinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi və konsert keçirilib.

Kulis.az xəbər verir ki, sərginin təşkilində əsas məqsəd Azərbaycanın incəsənətinin və zəngin mədəni irsinin təbliği, xalqımızın qədim ənənələrinin nümayiş etdirilməsidir.

Ekspozisiyaya milli mədəni irsin qədimliyini və müxtəlifliyini əks etdirən müxtəlif rəssamların 20-dən çox əsəri daxil edilib. Müəlliflər Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Nigar Əliyeva, Elşən Rzazadə, Afaq Əkbər, Nailə Məhərrəmova, Vüsalə Şərifova, Nigar Familsoy, Leyla Muradova ölkənin aparıcı universitetlərindən birinin divarları arasında unikal yaradıcılıq mühiti yarada biliblər.

view 579 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news