Ən gözəl irfan şeirimiz – Mətn

Ən gözəl irfan şeirimiz – Mətn
calendar 24 may 2020
clock 10:58

Kulis.az Ramazan bayramı münasibəti ilə “Bazar oxusu” layihəsindən Aşıq Ələsgərin ən gözəl irfan şeirlərindən olan divanisini təqdim edir.

Ələstidə “bəli” deyən sübhana baş endirir.
Məhəmmədə nazil olan Qurana baş endirir.
Özü birdi, adı min-bir, vəhdəhuəl-laşərik;
Əhli-mömin görə bilməz, pünhana baş endirir.

Ölməyincə bu sevdadan çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam, təriqətdən söz qanam.
Şahi-Mərdan sayəsində elm içində ümmanam;
Dəryaların qaydasıdır, ümmana baş endirir.

Biçarə Aşıq Ələsgər, olma elmə nabələd;
Danışanda doğru danış, sözün çıxmasın qələt.
Çox qazansan, az qazansan, beş arşın ağdı xələt;
Var-dövlətə baş endirən əfsanə baş endirir.

view 3273 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news