Naibə Allahverdiyeva: "Seriala çəkib, pul vermirlər"

Naibə Allahverdiyeva

Naibə Allahverdiyeva

calendar 30 yanvar 2023
clock 12:30

"Aktyor olmaq asan deyil. Bu, çox böyük və çətin sənətdir. Seriala çəkib, pul vermirlər".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Şou xəbər" proqramında deyib. Aktrisa rejissorların az qonorar verməsindən gileylənib:

"Baxın, görün Hollivudda, Türkiyədə necə qonorar ödəyirlər. O vaxt aktyorlar maşın, ev alırdılar. Bir rejissora qonorarımı deyirdim, qayıtdı ki, filan aktyora bu qonorarı verdim, razılaşdı. Özü də o, çox tanınmış idi. Xətrimə dəydi. Məktəb görməyənlər bura biznes üçün gəlirlər".

view 1371 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news