Yazıçı Narıngül Nadirin “Çilli qız” adlı yeni kitabı çapdan çıxıb.
Kulis.az xəbər verir ki, kitaba “Çilli qız”, “Yuva” povestləri və müxtəlif vaxtlarda qələmə alınmış hekayələr daxil edilib.
Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub, redaktoru yazıçı-publisist Təranə Vahiddir.
- Şeirə düzgün qiymət verəcəyimə əmin deyiləm - Herman Hessenin essesi
- Məhəmməd Emin: “Qara kostyum” Ən qısa hekayə
- Mədəniyyət xadimlərinə mükafatlar təqdim edilib
Kitabın annotasiyasında müəllif belə qeyd edir: “Bu kitabın hər səhifəsindən bir insan taleyi boylanır. Dünyada qəribə taleli adamlar var. Hər adamın da öz nağılı...Dünya eləcə kitab-kitab nağıldır.
Bir də ki, yaşadığımız həyat başdan-başa təkrarlardan ibarətdir axı... Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...”
Narıngül Nadiri təbrik edir, uğurlar və oxucu bolluğu arzulayırıq.