Natavanın şəkli Niderland poçt markasında – Foto

Xurşidbanu Natəvan, şair

Xurşidbanu Natəvan, şair

calendar 17 iyun 2022
clock 14:05

Niderland Krallığındakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın şəkli əks olunan Niderland Poçt Şirkəti tərəfindən xüsusi poçt markaları dövriyyəyə buraxılıb.

Kulis.az xəbər verir ki, poçt markasının üzərində “Xurşidbanu Natavan-190 Qarabağ şahzadəsi” yazılıb.

Səfirlik və Poçt Xidməti Şirkəti arasında əldə olunan razılığa əsasən, marka ölkənin mərkəzi və regional poçt şöbələrində istifadə ediləcək.

Həmçinin poçt markası filatelistlər tərəfindən böyük maraqla qarşılanıb.

view 1767 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news