“Nəğməmə inan” tamaşası növbəti dəfə səhnədə

“Nəğməmə inan” tamaşası növbəti dəfə səhnədə
calendar 23 iyun 2023
clock 14:20

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasını növbəti dəfə nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, teatrdan verilən məlumata görə, sənət ocağının rus bölməsində hazırlanan bu musiqili komediyanın librettosu və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenkodur.

İyunun 30-da göstəriləcək tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Afər Tağıyevadır.

Tamaşaya baxmaq üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

view 833 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news