Nəhəng rəsm Ginnesin Rekordlar Kitabına düşüb

Nəhəng rəsm Ginnesin Rekordlar Kitabına düşüb
calendar 12 dekabr 2022
clock 16:30

İranlı rəssam İmad Salihinin futbol meydançası ölçüsündə çəkdiyi rəsm Ginnesin Rekordlar Kitabına düşüb.

Kulis.az İranlı rəssam İmad Salihinin Qətərdə çəkdiyi rəsm dünyanın ən böyük kətan tablosu kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Paytaxt Dohada Qətər Universitetinin futbol meydançasında çəkilmiş rəsm əsərinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Ginnesin Rekordlar Kitabının nümayəndəsi Şadi Cad yeni rekord qıran rəsmin Rekordlar Kitabına düşmək üçün tələbləri yerinə yetirdiyini bildirib. Ginnesin Rekordlar Kitabına düşən sənəd sənətçi Salihiyə çatdırılıb.

Rəssamın beş ay üzərində işlədiyi rəsm əsəri 9652 kvadratmetr sahəni əhatə edir.

Rəsmdə FIFA Dünya Kuboklarının tarixi, futbolun aparıcı adları və simvolları qeyd olunub.


view 1132 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news