Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
calendar 7 mart 2024
clock 11:00

İtaliyanın məşhur “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin dərcinə başlayıb.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin italyan dilinə tərcümə müəllifi tanınmış tərcüməçi Olqa Mazzinadır.

Geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, Italo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

view 753 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news