“Netflix” ilin ən yaxşı filminin adını açıqladı

“Netflix” ilin ən yaxşı filminin adını açıqladı
calendar 15 iyul 2023
clock 10:10

“Netflix” ilin ən yaxşı filminin adını açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, şirkət “Dırnaq yeyən triller” filmini ən uğurlu hesab edib. Film kinoteatrlarda üç ay müddətində ardıcıl nümayiş olunub.

Artıq kinoteatrlarda “Boru kəmərini necə partlatmaq olar” adlı soyğun mövzusunda çəkilən yeni trillerin nümayişinə başlanılıb.

Andreas Malmın 2021-ci ildə qələmə aldığı əsər əsasında çəkilən filmdə Texasda neft boru kəmərinin partladılması cəhdindən və bunun qarşısını almağa çalışan bir qrup ətraf mühit fəalından söhbət açılır.

“Netflix” şirkətinə görə, “Təbiətlə mübarizə”, “Aşpaz cədvəli”, “Mars nəsli”, “Gelibolu”, “İmperiyaların yüksəlişi: Osmanlı” və “Hitlerin karyerası” ən uğurlu filmlərdən hesab olunur.

view 827 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news