“Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırdı

“Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırdı
calendar 26 aprel 2023
clock 14:00

“Squid Game”, “Triumph” və digər bu kimi serialların uğuru sayəsində “Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırıb.

Kulis.az xəbər verir ki, bu barədə"kinonews.ru" məlumat yayıb.

Məlumata görə, qarşıdakı dörd il ərzində “Netflix” şirkətinin Cənubi Koreyada Koreya film və seriallarının hazırlanması üçün 2,5 milyard dollar sərmayə qoyacağı bildirilib.

Qeyd edək ki, investisiya planları Vaşinqtona rəsmi səfərə gələn Cənubi Koreya prezidenti Yoon Sok-Yeol ilə “Netflix”-in rəhbərlərindən biri Ted Sarandos arasında keçirilən görüş zamanı açıqlanıb.

view 1019 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news