Streaming xidməti Netflix tarixinin ən bahalı serialını yayımlamağı planlaşdırır.
Kulis.az xəbər verir ki, bu barədə "Kp.ru" məlumat yayıb.
Nəşrin məlumatına görə, yaxın zamanda yayımlanacaq “One Piece” adlı layihənin bir seriyasının dəyəri 18 milyon dollar olmaqla tarixin ən yüksək büdcəli layihəsi ola bilər.
- "Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
- "Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey
- Xalça haqqında söhbət erməniləri niyə əsəbiləşdirdi? – Video-söhbət
Beləliklə, layihənin 10 seriyası 180 milyon dollar və ya 1,5 milyard rubla başa gələcək.
Süjet quldurların kralı olmaq istəyən Meymun D Luffy adlı gəncdən bəhs edir.
Qeyd edək ki, bundan əvvəl Netflix 31 avqustda yayımlanması planlaşdırılan serialın ilk tizerini yayımlamışdı.