Nikita Mixalkov reanimasiyadan adi palataya köçürüldü

Nikita Mixalkov reanimasiyadan adi palataya köçürüldü
calendar 16 yanvar 2023
clock 18:50

Rusiyalı kinorejissor Nikita Mixalkov reanimasiyadan adi palataya köçürülüb.

Kulis.az xəbər verir ki, 77 yaşlı Mixalkovun vəziyyəti hazırda qənaətbəxş sayılır. Həkimlərin sözlərinə görə, onun səhhəti yaxşılaşıb, hərarəti və təzyiqi normala dönüb. Lakin ağciyərlərinin bütün hissələri zədələndiyindən rejissor hələ də nəfəs almaqda çətinlik çəkir və öskürür.

Qeyd edək ki, Nikita Mixalkov 5 yanvar 2023-cü ildə xəstəxanaya yerləşdirilmişdi.

view 1176 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news