"Nizami Gəncəvi irsi və gənclik" kitabı nəşr olundu

"Nizami Gəncəvi irsi və gənclik" kitabı nəşr olundu
calendar 29 yanvar 2022
clock 13:20

"Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində "Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində "Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub. Kitabda yeni nəsil araşdırmaçıların və yazarların böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələri yer alıb.

Qeyd edək ki, "Mücrü" nəşriyyatında çap olunmuş "Nizami Gəncəvi irsi və gənclik" kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva, eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, lahiyə rəhbəri İntiqam Yaşar, tərtibatçı-dizayneri isə DGTYB-nin idarə heyəti üzvü Sərvər Kamranlıdır. Kitabın Bakı şəhərində və regionlarda təqdimat tədbirləri təşkil olunacaq.

view 2176 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news