Növbəti “Oskar” mərasiminin keçirilmə tarixi açıqlandı

Növbəti “Oskar” mərasiminin keçirilmə tarixi açıqlandı
calendar 16 may 2022
clock 13:20

“Oskar” mükafatlandırma mərasiminin növbəti keçirilmə tarixi müəyyənləşib.

Kulis.az xəbər verir ki, növbəti 95-ci “Oskar” mükafatlandırma mərasimi gələn il martın 12-si keçiriləcək. Bu barədə Amerika Kino Sənəti Akademiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mükafatlandırma mərasiminin ənənəvi olaraq Los-Ancelesdəki “Dolby” teatrında keçirilməsi planlaşdırılır. Kino sahəsinin ən nüfuzlu mükafatına namizədlər gələn il yanvarın 24-də açıqlanacaq. Mükafat 23 nominasiya üzrə veriləcək.

view 1220 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news