Nüfuzlu film festivallarına Azərbaycandan da juri seçildi

Nüfuzlu film festivallarına Azərbaycandan da juri seçildi
calendar 12 dekabr 2023
clock 14:40

20-22 dekabr tarixlərində Özbəkistanın paytaxtın Daşkənd şəhərində iki nüfuzlu film festivalının seçim mərhələsi və qala gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, “Oltın humo” (Qızıl simurq) və “Debüt” film festivalına bir neçə ölkədən, o cümlədən Azərbaycandan da juri seçilib.

Ölkəmizi bu festivallarda Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza təmsil edəcək. Festivalların açılış mərasiminə video müraciətlə qatılan Xəyal Rza dekabrın 19-da Özbəkistana səfərə gedəcək.

Festivallar Özbəkistan Kino Agentliyinin və Özbəkistan Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Renessans Kino Evində baş tutacaq.

view 906 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news