Nuri Bilge Ceylanın “Quru otlar haqqında” filmi nə vaxt nümayiş olunacaq?

Nuri Bilge Ceylanın “Quru otlar haqqında” filmi nə vaxt nümayiş olunacaq?
calendar 22 may 2023
clock 15:00

Kann Film Festivalında dünya premyerasını edən rejissor Nuri Bilge Ceylanın “Quru otlar haqqında” filminin nümayiş tarixi izləyicilərdə maraq doğurub.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyulun 12-də Fransada kinoteatrlarda nümayiş olunacaq filmin Türkiyədə nümayiş tarixi hələ açıqlanmayıb.

Filmdə Deniz Celiloğlu, Merve Dizdar, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam, Nalan Kuruçim rol alıb.

Film Şərqi Anadolunun ucqar bir qəsəbəsində çalışan İstanbula təyinat almaq istəyən rəsm müəllimi Səmədin başına gələn hadisələrdən bəhs edir.

Qeyd edək ki, bu yaxınlarda 76-cı Kann Film Festivalında nümayiş etdirilən film 11 dəqiqə alqışlarla qarşılanıb.

view 2080 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news