Ölkəmiz Beynəlxalq Çay Günündə təmsil olundu

Ölkəmiz Beynəlxalq Çay Günündə təmsil olundu
calendar 11 iyun 2024
clock 09:11

UNESCO-nun mənzil qərargahında qurumun çay istehsal edən üzv ölkələrinin daimi nümayəndəliklərinin iştirakı ilə Beynəlxalq Çay Günü qeyd olunub.

Kulis.az xəbər verir ki UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın stendi Fransadakı səfirliyimizin dəstəyi ilə Fransa-Azərbaycan Dialoqu və Toğrul Nərimanbəyov adına assosiasiyalar tərəfindən təşkil edilib.

Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə UNESCO yanındakı daimi nümayəndəliklər tərəfindən təşkil edilib. Tədbirdə yanaşı olan Azərbaycan və Türkiyə çay stendləri daha çox diqqəti cəlb edib.

Tədbirdə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdlərinin Azərbaycan, Şuşa, eləcə də sülh mövzusu ilə bağlı çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Bədii hissədə iştirakçı ölkələrin incəsənət nümayəndələri milli musiqi və rəqslərini təqdim ediblər.

view 527 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news