Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
calendar 15 may 2024
clock 18:40

Ölkəmizdə Bakı 2024 - Beynəlxalq incəsənət simpoziumu keçirilir.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil olunub.

Simpoziumda müxtəlif ölkələrdən olan rəssamlar iştirak edir. Tədbir rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal məkan olacaq, eləcə də ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edəcək. İştirakçılar tədbir boyu onları müşayiət edəcək yaradıcılıq və ilham atmosferinə qərq ola biləcəklər.

Mayın 24-dək davam edəcək simpoziumun başa çatması münasibətilə sərgi açılacaq. Sərgidə simpozium zamanı rəssamların yaratdığı əsərlər təqdim olunacaq.

view 610 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news