Ombudsman: “Dostoyevski ilə Tolstoyu rəflərdən yığışdırmaq yanlışdır”

Luiza Amtsberq, Ombudsman

Luiza Amtsberq, Ombudsman

calendar 20 aprel 2022
clock 11:00

Almaniya Ombudsmanı Rusiya incəsənət və mədəniyyətinin boykot edilməsinə qarşı çıxıb.

Kulis.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Almaniya hökumətinin insan haqları üzrə komissarı Luiza Amtsberq Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə rus incəsənəti və mədəniyyətinə qarşı çıxılmağını doğru hesab etmir.

Onun sözlərinə görə, rus restoranlarına getməyi dayandırmaq və ya “rus incəsənətini və mədəniyyətini boykot etmək” yanlışdır.

“Mən həmçinin hesab edirəm ki, mağazaların Dostoyevski və Tolstoyun əsərlərini rəflərdən yığışdırması tamamilə yanlışdır” – deyə Ombudsman bildirib.

view 1542 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news