Ömər Faiq Nemanzadə haqqında kitab nəşr olunacaq

Ömər Faiq Nemanzadə haqqında kitab nəşr olunacaq
calendar 22 dekabr 2023
clock 10:58

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın Azərbaycan milli mətbuatının inkişafında, türk xalqlarının ictimai və milli şüurunun oyanması, formalaşması prosesində mühüm xidmətləri olan Ömər Faiq Nemanzadə haqqında yazdığı kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən çapa göndərilib.

Kulis.az xəbər verir ki, İ.Musayevanın kitabda Ömər Faiq Nemanzadənin həyatı, mühiti, publisistikası, müəllimlik fəaliyyəti, xatirələri haqqında analitik təhlilləri əksini tapıb.

Axısqa türklərinin tarixi, sosial-siyasi, ictimai durumu, Ömər Faiq Nemanzadənin həyatı ilə bağlı mühüm
hadisələr, onun müxtəlif mətbu orqanlarda çap olunan bədii-publisistik məqalələrinin mövzu-ideya xüsusiyyətləri, felyeton yaradıcılığı, memuar yazılarındakı tarixi faktlar incəliklərinədək analiz edilib.

view 662 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news