Opera və Balet Teatrının noyabr repertuarı

Opera və Balet Teatrının noyabr repertuarı
calendar 2 noyabr 2023
clock 14:41

Azərbaycan Dövlət Opera və Balet Teatrı noyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, noyabrın 5-də Xalq artisti Cavanşir Cəfərovun 70 illik yubileyinə həsr olunmuş konsert, noyabrın 10-da “Jizel”, noyabrın 12-də “Leyli və Məcnun” və “Don Kixot” baletləri nümayiş olunacaq.

Bundan başqa, noyabrın 18-də “Sevgi şərbəti”, noyabrın 23-də “Muğam axşamı”, noyabrın 25-də isə Xalq artisti Əli Əsgərovun xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

view 674 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news